Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azad Rəhimov: Bu il ölkəmizdə gənclər siyasəti sahəsində 143 tədbir keçirilib

Azad Rəhimov: Bu il ölkəmizdə gənclər siyasəti sahəsində 143 tədbir keçirilib
Cari ildə Azərbaycanda gənclər siyasəti sahəsində 143 tədbir keçirilib. Onlardan 124-ü yerli, 19-u isə beynəlxalq səviyyəli olub.
BrendSport.az xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov dekabrın 27-də media nümayəndələri ilə görüşdə deyib.
Regionlarda nazirlik tərəfindən 129 kütləvi aksiya təşkil edildiyini vurğulayan A.Rəhimov bildirib ki, 206 gənc xarici ölkələrə ezam olunub, 1308 gənc isə Azərbaycana gəlib. Azərbaycan Gəncləri Günü münasibətilə cari il fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən gənclərin respublika toplantısında 3500-dək gənc iştirak edib. Həmin toplantıda 6 nəfərə “Gənclər üçün Prezident Mükafatı” təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş