Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Runi “200”-ə çatdı


İngiltərə Premyer Liqasının 2-ci turunda “Mançester Siti”nin qonağı olan “Everton” çətin səfər oyunundan xalla qayıtmağı bacarıb (1:1).
Matç “Everton”un hücumçusu Ueyn Runi üçün əlamətdar olub. Belə ki, yayda 13 illik fasilədən sonra doğma komandasına qayıdan 31 yaşlı hücumçu Premyer Liqada yubiley - 200-cü qoluna imza atıb. O, qarşılaşmanın 35-ci dəqiqəsində komandasını hesabda önə keçirib.
Xatırladaq ki, Runi çempionatın ilk turunda, “Stok Siti”ylə ev oyununda komandasına qələbə qazandıran qola imza atmışdı (1:0).


Facebook-da paylaş