Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhid jurnalistlərin xatirə turniri keçiriləcək


BrendSport.az saytı hər il mütəmadi xeyriyyə tədbirləri keçirir. Bu il də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq təşkil olunan idman festivalı çərçivəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş stolüstü tennis yarışı təşkil edir. Şəhid həmkarlarımızın xatirəsinə həsr olunmuş turnirdə qazilər, jurnalistlər, incəsənət nümayəndələri və tanınmış idman xadimləri mübarizə aparacaq.

Təbdir 19 may 2023-cü il tarixdə saat 10:00-da “Şüa” İdman Kompleksində keçiriləcək.
Ünvan Koroğlu Rəhimov 19 A. (Odlar Yurdu Universiteti yaxınlığı)
Telefon (070) 573-77-76

Xatırladaq ki, tədbirin baş sponsoru “Natural Halı Outlet”, sponsorları “Araz” supermarketlər şəbəkəsi, “Offissa dizayn”, “Tayqa Trade” şirkətinin “HACI” seylon cayları, “Həyat” aptek, “Bizon energy”, “Elegank perfume museum”, “Tort Sumqayıt”, “Röyam Dizayn” və “Scallezioni” italyan brendidir.


Facebook-da paylaş

Xəbəri paylaş