Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məqamları əbədiləşdirən



Cahandar Cahanğirov 30 sentyabr 1988-ci ildə Şamaxı şəhərində anadan olub. M.Hadi adına 9 saylı orta məktəbin məzunudur.

BrendSport.az xəbər verir ki, orta məktəb vaxtlarında kikboksla məşğul olub. Respublikada tanınmış məşqçi olan Ziya müəllimin tələbəsidir.

Uşaqlıqdan hobbisi foto olub. 2008-ci ildə əsğərlikdən qayıtdıqdan sonra hobbisini davam etdirərək fotoqraf sənəti onun peşəsinə cevrilib.

Cahandar 9 ildir bu peşə ilə məşğuldur. Artıq respublika səviyyəli idman yarışlarında onun cəkdiyi fotolardan geniş istifadə olunur.
Cahandarla bu barədə qısa söhbətimiz oldu.

- Sizcə, idmanla fotoqrafiyanı birləşdirən hansı cəhətlər var?

- Çox maraqlı sualdı. Mən deyərdim ki, həyatımda ikisi də önəm dasıyır. Uşaqlıqdan idmanı sevmişəm. Amma əfsuslar olsun ki, o məqamları xatirə kimi saxlaya bilməmişəm. İndi isə çox yarışlarda bunu məndən ya idmançı, ya valideyn, ya da məşqçi xahiş edir ki, yarışın maraqlı məqamlarını qaçırma, cək. O, məqamı da bir növ zamana salıram. Bu, bir növ idmanın tarixidir.

- Hansı şəkilləriniz ugurlu alınır?

- Adətən yarış məqamı. İdmançı fənd işlədəndə, fəndə düşəndə, məşqçinin həyacanlı anları. Bir də təbii ki, çempionların siması.

- Bir idman fotoqrafi kimi idmançılarımıza nə arzu edərdiniz?

- Yalnız və yalnız qələbə. Qalibləri çəkmək xüsusi zövq verir adama. Onların məşqçilərinin, valideyinlərinin və dostlarının da kadra düşə bilməsi sanki mənim də qələbəmdir.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş