Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Salyanda cüdo üzrə rayon birinciliyi keçirilib



Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan Olimpiya İdman Kompleksində Salyan rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikası Gənclər və İdman nazirinin birgə təsdiq etdiyi iş və tədbirlər planına əsasən ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, rayonda cüdo idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etmək məqsədi ilə ümummilli lider Heydər Əliyevin 15–ci anım ilinə həsr edilmiş cüdo idman növü üzrə yeniyetmə və azyaşlı yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.

İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İdmançıları salamlayan Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tədbirin keçirilməsi məqsədləri haqqında məlumat verərək bildirib ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin çoxşaxəli və yorulmaz fəaliyyəti, əvəzsiz tarixi xidmətləri, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli mövqeyi sayəsində Azərbaycanın inkişafı təmin olundu, müasir və qüdrətli Azərbaycan inşa edildi.

Bu gün müstəqil Azərbaycan məhz Ulu Öndərimizin ideyaları əsasında inkişaf edir, Ümummilli Liderimiz Heydər Əliyevin siyasəti Onun layiqli davamçısı, siyasi varisi cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan bütün dünyada müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır.

Daha sonra dövlət himni səsləndikdən sonra rayon birinciliyi açıq elan edilib.
Rayon birinciliyində Bakı, Şirvan, Sabirabad, Lənkəran və Salyan şəhər və rayon komandalarından olan idmançılar olmaqla 130 nəfər idmançı iştirak edib.

Rayon birinciliyi 3 yaş qrupunda 17 çəki dərəcəsi üzrə keçirilib. I, II və III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təlif edildilər.

Alxas





Facebook-da paylaş

Xəbəri paylaş