Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona" Koutinyonu niyə ala bilmədi? - SƏBƏB



"Liverpul"un futbolçusu Filipp Koutinyonun "Barselona"ya transferinin baş tutmasının səbəbi müəyyənləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə Kataloniya klubunun nümayəndəsi Albert Soler məlumat verib. O deyib ki, İngiltərə təmsilçisi braziliyalı yarımmüdafiəçi üçün yüksək məbləğdə təzminat istədiyi üçün Koutinyonu almayıblar: "Liverpul" bizdən 200 milyon avro tələb etdi. Biz isə bu qədər məbləğdə pul verib risk edə bilməzdik".

Qeyd edək ki, "Barsa" Koutinyonun əvəzinə Usman Dembele üçün "Borussiya"ya 147 milyon avro ödəyib.


Facebook-da paylaş

Xəbəri paylaş