Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura start veriləcək


Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək.
BrendSport.az
xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.
Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandası ilə üz-üzə gələcək. Hazırda hər iki komanda hərəyə bir xalla qrupda 3-4-cü yerləri bölüşdürür. C qrupunun digər qarşılaşmasında Niderland təmsilçisi “Ayaks” doğma meydanda Almaniyanın “Borussiya Dortmund” klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.
Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

A qrupu
“Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə);
“Paris Sen-Jermen” (Fransa) – “Leyptsiq” (Almaniya).
Qrupdakı vəziyyət: “Paris Sen-Jermen” - 4, “Brügge” - 4, “Mançester Siti” - 3, “Leyptsiq” - 0.

B qrupu
“Portu” (Portuqaliya) – “Milan” (İtaliya);
“Atletiko Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə).
Qrupdakı vəziyyət: “Liverpul” - 6, “Atletiko Madrid” - 4, “Portu” - 1, “Milan” - 0

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya);
“Ayaks” (Niderland) – “Borussiya Dortmund” (Almaniya).
Qrupdakı vəziyyət: “Ayaks” - 6, “Borussiya Dortmund” - 6, “Beşiktaş” - 0, “Sportinq” – 0.

D qrupu
“İnter” (İtaliya) – “Şerif” (Moldova);
“Şaxtyor Donetsk (Ukrayna) – “Real Madrid” (İspaniya).
Qrupdakı vəziyyət: “Şerif”- 6, “Real Madrid” - 3, “İnter” - 1, “Şaxtyor” – 1.

Qeyd edək ki, üçüncü turun digər 8 qarşılaşması oktyabrın 20-də baş tutacaq.


Facebook-da paylaş