Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Beyl Bakıda həzz almaq istəyirik: "Azareşlərin bizi fitə basmasına öyrəşmişəm"




"Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir".

BrendSport.az xəbər verir ki, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyəyə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

32 yaşlı hücumçu bildirib ki, onun üçün qolu kimin vurmasının fərqi yoxdur: "Önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, stadiondakı atmosferə dözüb, yaxşı oyun göstərəcəyik".

"Real"a məxsus oyunçu bu matçda özlərini qonaq kimi hiss edəcəklərini vurğulayıb:

"Fanatlar baxımından bəzi sıxıntıların olacağını bilirik. Amma normaldır. Atmosferdən həzz almalıyıq. Azareşlərin bizi fitə basmasına öyrəşmişəm. Sakit oynamalıyıq".

Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq


Facebook-da paylaş

Xəbəri paylaş