Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq



Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında baş tutacaq görüş saat 16:00-da start götürəcək.

“Azərreyl” yarımfinalda “Gəncə”ni, “Abşeron” isə “Murov Az Terminal”ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş