Əsas Səhifə > Dünya idmanı > Beyl Bakıda həzz almaq istəyirik: "Azareşlərin bizi fitə basmasına öyrəşmişəm"
Beyl Bakıda həzz almaq istəyirik: "Azareşlərin bizi fitə basmasına öyrəşmişəm"16-06-2021, 11:28 |
"Daha əvvəl ağır atmosferlərdə oynamışam. Əsas komanda şəklində çıxış etməkdir". BrendSport.az xəbər verir ki, bu fikirləri Uels millisinin kapitanı Qaret Beyl Bakıda Türkiyəyə qarşı AVRO-2020-nin A qrupunun II tur matçından öncə mətbuat konfransında deyib. 32 yaşlı hücumçu bildirib ki, onun üçün qolu kimin vurmasının fərqi yoxdur: "Önəmli olan qalib gəlməkdir. Ümid edirəm ki, stadiondakı atmosferə dözüb, yaxşı oyun göstərəcəyik". "Real"a məxsus oyunçu bu matçda özlərini qonaq kimi hiss edəcəklərini vurğulayıb: "Fanatlar baxımından bəzi sıxıntıların olacağını bilirik. Amma normaldır. Atmosferdən həzz almalıyıq. Azareşlərin bizi fitə basmasına öyrəşmişəm. Sakit oynamalıyıq". Bakı Olimpiya Stadionunda oynanılacaq Türkiyə - Uels matçı saat 20:00-da başlayacaq Geri qayıt |