Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Antonio Konte: “Rəqibimiz “Roma” və “Atletiko”du”



“Roma” ilə ilk oyun olduqca gərgin alındı. Hesab edirəm ki, nəticə ədalətli idi. Sabah onlara qarşı daha bir ağır görüşümüz olacaq”. Xarici mətbuatın yaydığı məlumata görə, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan London təmsilçisi bu gün IV tur çərçivəsində “Roma”nın qonağı olacaq.

Oyunöncəsi dünən təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis qrupdakı şanslarını dəyərləndirib. O, “Atletiko” və “Roma”nı növbəti mərhələ uğrunda özlərinə rəqib gördüklərini söyləyib: “Bizim qrupumuzda “Atletiko” və “Roma” mübarizə aparır. Hər ikisi çox güclü komandadı. Onlarla yarışda ilk pillədə qalmaq çox önəmlidi. Çünki hədəfimiz bütün turnirlərdə uğurlu çıxış etməkdi. Növbəti rəqibimiz “Roma” əla formadadı. Bu çətin dönəmi yaxşı şəkildə keçirməliyik. Bütün oyunçularımızın ən yaxşı vəziyyətə gəlmələrini gözləyirik. Optimal heyətə malik olmaq mənim üçün çox vacibdi”.

Qeyd edək ki, “Roma” – “Çelsi” görüşü Bakı vaxtı ilə 23:45-də start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş