Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Mayamidə Formula 1Qran-prisinin dəstəklənməsi üzrə imza toplayırlar



Mayami ştatının hakimiyyət orqanları və ictimai fəallar “Hard Rock Stadium” rayonunda yeni Qran-pri F1 mərhələsi layihəsinin əleyhinə çıxış edirlər. Onların narazılığına səbəb avtoyürüş günlərində küçələrin bağlanması, səs-küy və tıxaclar yaranmasıdır.

BrendSport.az
xəbər verir ki, Formula 1 mərhələsinin təşkilatçılarının sözlərinə görə, F1 mərhələsinin keçirilməsi yerli sakinlərə minimum təsir göstərəcək. Onlar avtoyürüş ilə əlaqədar şəhər şurasında nəzərdə tutulan dinləmələrdən əvvəl azarkeşlərin dəstəyinə nail olmağı qərara alıblar. Bu məqsədlə Mayami Qran-prisinin rəsmi səhifəsində həmin layihəyə dəstək petisiyası dərc edilib.

Petisiyada deyilir: “Formula 1 Qran-prisi kimi genişmiqyaslı hadisələrin kiçik biznesə təsirini unutmaq olmaz. Məsələn, Superboulda hər il kiçik şirkətlər üçün təchizatçıların sertifikasiya proqramı hazırlanır və bu şirkətlərin sahiblərinə kontraktlar təklif edilir. Mayami Qran-prisi kiçik biznes üçün nadir şans yaradır. Bu cür irimiqyaslı hadisələr yerli iqtisadiyyata mənfəət gətirir, yeni işgüzar imkanlar yaradır”.


Facebook-da paylaş