Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olacaq



Mayın 7-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək.

BrendSport.az xəbər verir ki, ilk cavab görüşü İngiltərədə təşkil olunacaq. Turnirin son finalçısı “Liverpul” İspaniyanın “Barselona” komandasını qəbul edəcək. “Mersisaydlılar” səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Amma “Liverpul” oyuna ciddi itkilərlə çıxacaq. İspaniyadakı qarşılaşmanın 24-cü dəqiqəsində zədələnən Nabi Keyta üçün mövsüm başa çatıb. Braziliyalı hücumçu Roberto Firminonun da eyni səbəbdən bugünkü matçı buraxacağı dəqiqdir. Baş məşqçi Yurgen Klopp həftəsonu İngiltərə Premyer Liqasında “Nyukasl” ilə görüşdə başından zədə alan Məhəmməd Salahın da meydana çıxmayacağını təsdiqləyib. Əzələsində problem olan Adam Lallananın iştirakı isə sual altındadır.

Əvəzində qonaqların heyətində yeganə itki ötən həftəsonu “Selta” ilə İspaniya La Liqası matçında zədələnmiş Usman Dembeledir. Luis Suares və Filippe Koutinyo sabiq komandalarına qarşı ilk dəfə “Enfild 2”də çıxış edəcəklər.

Cari mövsümdə “Liverpul” Çempionlar Liqasında doğma meydanda keçirdiyi 5 matçın 4-də qalib gəlib, 1-də isə heç-heçə edib. Kataloniyalılar isə ümumiyyətlə, məğlub olmayıb. “Liverpul” və “Barselona” komandaları “Enfild” stadionunda ümumilikdə 3 dəfə qarşılaşıblar. Bu görüşlərin 2-də kataloniyalılar, 1-də mersisaydlılar qələbə qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş