Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Mövsümün ilk F 1 Live festivalı Şanxayda keçiriləcək

Mövsümün ilk F 1 Live festivalı Şanxayda keçiriləcək
İlk dəfə 2017-ci ildə Londonda keçirilmiş F1Live festivalı mütəmadi tədbirlərə çevrilib və iri şəhərlərin mərkəzlərində əsl Qran-Pri ab-havası yaradıb.

BrendSport.az F1 News.ru saytına istinadla xəbər verir ki, “Liberty Media” bu il şouları Şanxay, Çikaqo, Los-Anceles və Braziliyada keçirəcək.
Şanxayda keçiriləcək mövsümün ilk festivalı dünya çempionatı tarixində 1000-ci Qran-Pri yarışlarına həsr olunacaq və aprelin 12-13-də şəhərin Sintyandi parkında təşkil olunacaq. Tamaşaçıları dünya şöhrətli yerli və əcnəbi musiqiçilərin iştirakı ilə əyləncəli proqramlar, tanınmış ulduzlarla görüşlər, həmçinin nümayiş yürüşləri gözləyir. Festival günlərində təsnifat yarışlarını və yürüşləri böyük ekranda izləmək mümkün olacaq.
Formula 1-in kommersiya direktoru Şon Bratçes deyib: “Ötən il Formula 1 festivallarının böyük uğur qazanmasından sonra biz məmnunluqla qeyd edirik ki, 2019-cu ildə 4 festival keçiriləcək. Biz Formula 1 azarkeşlərinin yaxından tanış olmalarını istəyirik və onlarla idmanın yeni təqdimatını təhlil edirik.
Azarkeşlərin yürüş uik-endi ab-havası ilə əhatə olunması üçün Formula 1 şoularının keçirilməsi son dərəcə mühümdür. Biz festival üçün 3 yeni yer müəyyən etmişik və ümidvarıq ki, bütün dünya üzrə azarkeşlər onlara maraqla tamaşa edəcəklər. Çinə qayıtmaqdan çox məmnunuq və burada 1000-ci Qran-Prini Şanxay festivalı ilə qeyd edəcəyik”.


Facebook-da paylaş