Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Dünyanın ən bahalı futbolçularının adları açıqlanıb



“KPMG Football Benchmark” idman nəşri dünyanın ən bahalı 30 futbolçusunun adını açıqlayıb.

BrendSport.az “NTV Spor”a istinadla xəbər verir ki, 30 nəfərlik siyahıda ən bahalı futbolçu braziliyalı hücumçu Neymar olub. Fransanın “Paris Sen-Jermen” futbol klubunda çıxış edən 27 yaşlı hücumçunun transfer dəyəri 229,1 milyon avrodur. İkinci pillədə “Paris Sen-Jermen”in digər futbolçusu, 215 milyon avro dəyərində Kilian Mbappe qərarlaşıb. İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi 203,3 milyon avro ilə siyahıda üçüncüdür. “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah (168,3 milyon avro) dördüncü, “Tottenhem”ın hücumçusu Harri Keyn (151,1 milyon avro) beşincidir.

İlk onluğu müvafiq olaraq, “Çelsi”nin hücumçusu Eden Hazard (148,2), “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne (129,4), “Atletiko Madrid”in hücumçusu Antuan Qrizman (125,6), “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba (119,3) və “Barselona”nın yarımmüdafiəçisi Filipe Koutinyo (118,2) tamamlayıblar.

“Yuventus”un portuqaliyalı futbolçusu 34 yaşlı Kriştiano Ronaldo ilk onluqda yer ala bilməyib.


Facebook-da paylaş