Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Beşiktaş"dan səfər qələbəsi, "Mançester Siti"dən darmadağın - GÜNÜN NƏTİCƏLƏRİ



Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib. BrendSport.az saytının məlumatına görə, Avropanın daha 16 güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayıb.

E, F, G və H qruplarındakı komandalar meydana çıxıblar.

İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürüb.

İkinci oyun günündə baş tutan “Liverpul”la “Sevilya”, “Tottenhem”lə “Borussiya” arasında görüşlər azarkeşlər tərəfindən maraqla gözlənilib.

Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxıb. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olub. Gərgin keçən 90 dəqiqə ərzində "Beşiktaş" rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

13 sentyabr


E qrupu

“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) - 1:1
Qol: Bohar, 85, Səmədov, 59,

“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:2
Qollar: Firmino, 21, Salah, 37 - Ben Yedder, 5, Korrea, 72

F qrupu

“Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: Con Stons, 2, 63, Aquero, 10, Qabriel, Jesus, 25

“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) - 2:1
Qollar: Tayson, 15, Ferreyra, 58, Milik, 72

G qrupu

“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) - 1:1
Qollar: Forsberq, 33 - Tilemans, 34

“Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Tosiç, 21 (öz qapısına) - Taliska, 13, Cenk Tosun, 28, Babel 86

H qrupu

“Real” (İspaniya) – APOEL (Kipr) - 3:0
Qollar: Ronaldo, 12, 51 (pen.), Ramos, 61

“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1
Qol: Son, 4, Keyn, 16, 60 - Yarmolenko, 11


Facebook-da paylaş

Xəbəri paylaş