Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmələr arasında sərbəst güləş turniri



Tədbirlər planına uyğun olaraq 09-10 dekabr 2017-ci il tarixlərində Şamaxı rayonunun “Şirvan” güləş klubunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş 2004-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilmişdir.

Şamaxı rayon Gənclər və İdman idarəsindən BrendSport.az saytına verilən məlumata görə, keçirilən yarışda respublikanın Bakı şəhərinin və Şamaxı, Ağsu, Lənkəran, Cəlilabad, Masallı, Astara, Səlyan rayonları üzrə 150 nəfərə yaxın idmançı iştirak etmişdir.

Turniri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra güləş mübarizəsinə start verildi. Yarış Beynəlxalq Güləş Federasiyasının qaydalarına uyğun keçirilmişdir. Yarışın baş hakimi Yusif Hacıyev tərəfindən aparılan gərgin və çox maraqlı keçən idman mübarizəsinin sonunda qaliblər müəyyən olundu.

Belə ki, hər çəki dərəcəsi üzrə I, II və III - yerləri tutmuş idmançılar Şamaxı rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplomlarla və “Şirvan” güləş klubu tərəfindən medal və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş