Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mbappe gedir, Yovetiç gəlir

Mbappe gedir, Yovetiç gəlir

“İnter”in hücumçusu Stevan Yovetiç karyerasını “Monako”da davam etdirəcək.

Bu barədə məlumatı “Get French Football” saytı yayıb. Belə ki, saytın “tvitter” səhifəsi monteneqrolu futbolçunun “Monako” formasında fotolarını yayıb. Maraqlıdı ki, şəkildə Yovetiç son vaxtlar “knyazlıq klubu”ndan ayrılacağı deyilən Kilian Mbappenin 10 nömrəli futbolkasını geyinib.

Bir müddət öncə Mbappenin PSJ-yə keçəcəyi barədə xəbərlər yayılıb.

Transfer barədə başqa heç bir məlumat verilməyib.

Xatırladaq ki, Yovetiç ötən mövsümdə icarə əsasında “Sevilya”nın şərəfini qoruyub.


Facebook-da paylaş

Xəbəri paylaş