Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



“Qrup mərhələsində heç bir iddiamız yoxdu”



“Çempionlar Liqasında oynamaq möhtəşəm hissdi. Amma debütant olduğumuzdan, bizim üçün həm də qorxuludu”. Bu sözləri “Qarabağ”ın hücumçusu Dino Ndlovu deyib.

“Kickoff” nəşrinə açıqlama verən futbolçu maraqlı fikirlər səsləndirib. CAR-dan olan forvard “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) qrupunda “Çelsi”, “Atletiko” və “Roma”ya rəqib olmasından danışıb.

Ndlovu çətin qrupa düşdüklərini etiraf etməklə yanaşı, rəqabətə hazır olduqlarını bildirib: “Püşkatmada bəxtimiz gətirmədi, ağır qrupa düşdük. Amma “Çelsi”, “Atletiko” və “Roma” kimi komandalara qarşı həmişə oynamaq şansın olmur. Bu, potensialımızı göstərmək mənasında bizim üçün əla imkandı”.

Ağdam klubunun üzvü qrup mərhələsindəki rəqiblərə də çətin anlar yaşatmağa çalışacaqlarını deyib: “Qrup mərhələsində heç bir iddiamız yoxdu. İlk dəfə bu mərhələdə iştirak edəcəyimizdən, bizim üçün yaxşı təcrübə olacaq. İtiriləsi bir şeyimiz yoxdu və üzərimizdə təzyiq hiss etmirik”.

Qeyd edək ki, Dino Ndlovu Benni Makkarti və Stiven Pinardan sonra CAR-ın ÇL-in qrup mərhələsində üçüncü təmsilçisi olacaq.


Facebook-da paylaş