Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Roma” rəsmisi Azərbaycan çempionu haqda: O qədər də tanınmış komanda deyil



“Qrupdakı rəqiblərimiz güclüdü”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Roma”nın futbol direktoru Ramon Monçi deyib.

İtaliya klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Çelsi”, “Atletiko” və “Qarabağ”la birgə C qrupunda mübarizə aparacaq.

“Marca”ya müsahibə verən Monçi “canavarlar”ın ÇL-dəki rəqibləri haqda da fikir bildirib. 49 yaşlı ispaniyalı mütəxəssis ehtiyatlı danışıb: “Çelsi” və “Atletiko” kimi möhkəm rəqiblərə qarşı oynamaq çox çətindi. Onlarla müqayisədə “Qarabağ” o qədər də tanınmış komanda deyil. Onlar Çempionlar Liqasının debütantıdılar. Fikrimcə, bu qrupa düşməklə bəxtimiz gətirmədi”.

“Sevilya”nın keçmiş qapıçısı “Atletiko” barədə də fikirlərini bildirib: “Hazırda “transfer bazarı”nda nəhəng məbləğlərin mübarizəsi gedir. Belə bir dönəmdə “Atletiko” heyətini qoruyub saxlaya bildi və mən bunu uğur sayıram. Üstəlik, Dieqo Kostanın bu komandaya qayıdacağı gözlənilir”.

Qeyd edək ki, “Roma” “Qarabağ”la ilk matçını sentyabrın 27-də Bakıda, ikinci görüşünü isə dekabrın 5-də İtaliyada keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş