Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nurinin ailəsini şoka salan iddia



"Ayaks"ın gənc futbolçusu Abdelhak Nurinin sağlamlıq durumu haqda ortaya çıxan bir iddia onun ailəsini şoka salıb.

Keçən ilin yayında alman klubu "Verder"lə keçirilən yoldaşlıq görüşünün 72-ci dəqiqəsində ürək ritminin pozulması səbəbində yerə yıxılan futbolçu xəstəxanaya aparılmışdı. Sonradan onun beynində ciddi və qalıcı zədə aşkarlanmışdı.

Hollandiya mətbuatının yazdığına görə gənc futbolçunun sağlamlıq durumundakı problemdən Hollandiya Futbol Federasiyasının hələ 2014-cü ildən bəri xəbərdar olduğu yazılıb.

Bu durumdan şoka düşən futbolçunun ailəsi Hollandiya Futbol Federasiyası və "Ayaks"dan açıqlama gözlədiyini bildirib. Sözügedən oyun öncəsi Nurinin sağlıq durumundan xəbərdar olmadığını bildirən ailə məsələ ilə bağlı davam edən araşdırmanın nəticələrini gözləyəcəyini bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş