Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Super Liqada ilin transferi



Super Liqada cari mövsümün sürpriz komandalarından olan "Göztəpə" transfer bombasını partladır. BrendSport.az xəbər verir ki, İzmir klubu "Rubin"də forma geyinən Aleks Sonqu heyətinə qatır.

Menecerləri maliyyə problemləri yaşayan "Rubin"in satmaq istədiyi kamerunlu futbolçunu "Göztəpə"yə təklif edib. Baş məşqçi Tamer Tunanın gəlməsinə razılıq verdiyi futbolçu üçün Rusiya klubunun 1,5 milyon avro tələb etdiyi deyilir.

Karyerasına Fransanın "Bastiya" klubunda başlayan 30 yaşlı futbolçu 7 il "Arsenal"da forma geyinib. 2007-ci ildə qısa müddətə "Çarlton"a icarəyə verilən Sonq 2012-ci ildə 19 milyon avroya "Barselona"ya transfer olunub. Daha sonra "Vest Hem"də forma geyinən kamerunlu yarımmüdafiəçi 2016-cı ildən "Rubin"in heyətində yer alır. Sonq 49 dəfə Kamerun millisinin formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş