Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Ölkə çempionatında rekord



Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb. III tur ən çox tamaşaçı toplaması ilə diqqət çəkib.

Avqustun 25-26-da keçirilən 4 qarşılaşmanı ümumilikdə 8100 seyrçi izləyib. Bu, əvvəlki iki turla müqayisədə rekord göstəricidi.

İlk turda 7526, ötən turda isə 6300 izləyici qeydə alınmışdı. Ümumilikdə isə 3 turun 12 matçında 21 min 926 tamaşaçı olub. Bu, orta hesabla hər oyuna 1827 tamaşaçı deməkdi.

Qeyd edək ki, III turun “Qarabağ” – “Qəbələ” oyununda 4200, “Neftçi” – “Kəpəz” matçında 1800, “Zirə” – “Sumqayıt” qarşılaşmasında 1100, “İnter”lə “Səbail” arasında paytaxt derbisində 1000 azarkeş stadionda olub. (Apasport.az)


Facebook-da paylaş