Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Masallı taekvondoçusu Avropa birinciliyində gümüş medal qazanıb

Masallı taekvondoçusu Avropa birinciliyində gümüş medal qazanıb

İspaniyanın Marina Dor şəhərində yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində Masallı taekvondoçusu gümüş medala sahib olub.

Avropa birinciliyində on bir taekvondoçu ilə təmsil olunan Azərbaycan yığma komandasının tərkibində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Rahid Vəliyev 37 kiloqram çəki dərəcəsində Fransa, Türkiyə və rusiyalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.

Yarımfinalda yenə də rusiyalı idmançı ilə qarşılaşan R.Vəliyev rəqibinə 7:6 hesabı ilə qalib gələrək, Avropa birinciliyinin finalına vəsiqə qazanıb. Finalda Danimarka təmsilçisi ilə görüşdə həmyerlimiz məğlub olaraq gümüş medala layiq görülüb.


Facebook-da paylaş