Azərbaycan millisi Buxarestdə Ukrayna yığmasına məğlub olub
![Azərbaycan millisi Buxarestdə Ukrayna yığmasına məğlub olub](/uploads/posts/2023-04/1682312152_16822983472985033172_367x266.jpg)
On yeddi yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib.
BrendSport.az xəbər verir ki, Ukrayna komandası ilə qarşılaşan futbolçularımız 0:4 hesabı ilə məğlub olublar.
Millimiz növbəti oyununu aprelin 25-də Rumıniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)