Reklam

VİDEO Bütün Xəbərlər

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ!

"OBA" MARKETLƏR ŞƏBƏKƏSİ ARTIQ XANKƏNDİNDƏ



İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçiriləcək

İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə martın 17-18-də İsmayıllıda 14 yaşadək məktəblilər arasında “Qızlar futzal kuboku” turniri keçiriləcək.

BrendSport.az
xəbər verir ki, turnirin ilk günü 12 məktəbin iştirakı ilə qrup, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq. İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom və medallar ilə mükafatlandırılacaq.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək yarışın 5 regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə qızlar futzal liqasının yaradılmasıdır.


Facebook-da paylaş

Xəbəri paylaş