Faydalı saytlar


Reklam



Azərbaycan yığmasının hücumçusu 3 gün içində…

Azərbaycan yığmasının hücumçusu 3 gün içində…


Azərbaycan yığmasının hücumçusu Əli Qurbani gələcək kayrerası ilə bağlı qərarını 3 gün ərzində verməlidir.

Bu, «Sumqayıt» rəhbərliyinin ondan tələbidir.

«Kimyaçılar» 1 illik sözləşməsi başa çatan forvarda yeni müqavilə təklif edib. Buna əsasən, onun məvacibi ilk vaxtdakına nisbətən xeyli artırılacaq.

Lakin digər futbolçulardan fərqli olaraq, Arazın o tayından gəlmiş forvard «gənclik şəhəri» təmsilçisinin çağırışına nə «hə» deyir, nə də «yox».

O, aldığı dəvətləri hələ də götür-qoy etdiyini söyləyərək, danışıqlar prosesini uzadır. Bu isə təbii ki, «Sumqayıt»lıları razı salmır.

Ötən mövsüm Premyer Liqada 9 qol vurmuş və milliyə dəvət almış hücumçu həftəsonunadək yekun qərarını verməsə, komanda Konfrans Liqasına onsuz start verəcək.

İşini ehtiyatlı tutan Premyer Liqanın bürünc medalçısı onlara təklif olunan ön xətt oyunçuları incələməyə başlayıb.


BrendSport.az


Facebook-da paylaş