Faydalı saytlar


Reklam



"Mərhələni keçmək çətin görsənir, amma..." - "Keşlə"nin kapitanı




"Keşlə"nin kapitanı Tərlan Quliyev Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

açıqlamasında Quliyev Rusiyanın "Soçi" komandası haqqında bunları deyib: "Püşklə bağlı çoxlu nəsə deməyə ehtiyac yoxdur. Göründüyü kimi rəqibimiz güclü komandadır. Həm maddi cəhətdən, həm də heyət baxımından. Bildiyiniz kimi bəzi futbolçular da bizdən ayrıldı. Yeni gələnlərin uyğunlaşması vaxt aparacaq. Biz də çalışacağıq sona kimi vuruşaq. Belə rəqiblərlə oyunda ancaq bununla nəticə əldə eləmək olar. Mərhələni keçmək çox çətin görsənir, amma ümidsizliyə qapılmaq olmaz. Sona kimi vuruşmaq lazımdır".

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Sportinfo.az


Facebook-da paylaş