Aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrə xitam veriləcək
Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə müqavilələrə xitam veriləcək.
BrendSport.az xəbər verir ki, bu haqda qərar dekabrın 8-də AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Belə ki, gənclərdən ibarət millimizin baş məşqçisi Rəşad Sadıxov, U-18 komandanın çalışdırıcısı Zaur Həşimov, U-17-dən Ramin Quliyev istefaya göndəriləcək.
U-19 millimizin baş məşqçisi Vüqar Məmməd postunda saxlanılacaq. Bu, millimizin yaxın aylarda Avropa çempionatının elit-raundunda çıxışı ilə əlaqədardır.
Facebook-da paylaş