Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gəncədə gənc şahmatçılar arasında ölkə çempionatının final mərhələsinə start verilib



Gəncə şəhərində 8-18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Dövlət Himni səsləndirilib.

Çempionat oğlan və qız kateqoriyalarına bölünməklə 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında keçirilir.

Yaş qrupları üzrə “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı”na əsasən Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 8, 10, 12 yaş qrupunun dünya çempionatı formatını dəyişdiyi üçün bu yaş qrupları yüksək nəticələr qazanan şahmatçılar dünya kubokunda iştirak edəcək.

Yarışa martın 30-da yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş