Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: "Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qarşı



Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha 2 oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, günün ilk matçı Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə "Sabah" arasında olacaq. Qarşılaşma saat 15:00-da başlayacaq. Hazırda Masazır təmsilçisi 56 xalla turnir cədvəlinə başçılıq edir. İmişli klubu isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün digər oyununda "Qarabağ" "Zirə"nin qonağı olacaq. Görüş saat 19:15-də başlayacaq. Ağdam təmsilçisi 49 xalla ikinci sırada yer alıb. "Köhlən atlar"ın ehtiyatında daha bir oyunu var. "Qartallar" isə 39 xalla 4-cüdür.

Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura martın 15-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş