Həvəskar futbolçular arasında XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVI Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Bakı, Sumqayıt və müxtəlif rayonlardan ümumilikdə 43 komandanın qatıldığı ölkə birinciliyinin final oyununda “Marafon” İK və “Məhəllə Uşaqları” komandaları üz-üzə gəliblər.
Rəqibini 4:0 hesabı ilə məğlub edən “Marafon” İK çempion olub.
Üçüncü yer uğrunda görüşdə “Naftalan Gəncləri” üzərində 4:2 hesablı qələbə qazanan “Tərtər” bürünc mükafata yiyələnib.
Facebook-da paylaş
