“Qarabağ” Azərbaycan millisinin qapıçısını transfer edib
“Qarabağ” yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən oyunçu 2025-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə də Ağdam klubunun şərəfini qoruyub. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper “Qarabağ”da 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasında 29 oyun keçirib.
Facebook-da paylaş