Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunu keçiriləcək.
BrendSport.az xəbər verir ki, liqanın lideri “Kür” doğma meydanda qızıl medallara iddialı “Azəryol”la qarşılaşacaq.
“Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq görüş aprelin 21-i saat 12:00-da start götürəcək.
Facebook-da paylaş