Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb



Azərbaycan idmançısı Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.

BrendSport.az
xəbər verir ki, o, bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.

Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan yığma üzvü turnirin gümüş mükafatına sahib çıxıb.

Qeyd edək ki, Diana Dımçenko ötən il də “Paolo De Aloya” turnirində fəxri kürsüyə qalxıb. O, bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş