Azərbaycan Premyer Liqası: XXIV turun açılış oyununda "Kəpəz" qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
BrendSport.az xəbər verir ki, Qəbələdə baş tutan günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları münasibətləri aydınlaşdırıblar.
Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Qalib komandanın heyətində 19-cu dəqiqədə Georgi Papunaşvili, 66-cı dəqiqədə isə penaltidən Amil Yunanov fərqlənib. “Qəbələ”nin yeganə qolunun müəllifi 44-cü dəqiqədə Osama Xalayla olub.
Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.
Facebook-da paylaş