Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub.
Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.
"Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Araz-Naxçıvan" "Səbail"lə heç-heçə edib - 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.
Facebook-da paylaş