Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
BrendSport.az xəbər verir ki , son olaraq daha iki oyun keçiriləcək.
"Şamaxı" "Zaqatala"nın, "Mingəçevir" isə "İmişli"nin qonağı olacaq. Hər iki görüş saat 13:30-da başlayacaq.
30 noyabr (cümə axşamı)
13:30. “Zaqatala” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)
13:30. “İmişli” – “Mingəçevir”
Hakimlər: Kamran Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Murad Səlimli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
İmişli şəhər stadionu (canlı, “CBC Sport”)
Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.
Facebook-da paylaş