Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kubokunda II təsnifat mərhələsinin sonuncu iştirakçısı bəlli olub



Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, son oyun günündə "Şəfa" klubu "Şəmkir"i qəbul edib. II Liqa təmsilçilərinin Binə qəsəbə stadionundakı duelində sevinən tərəf meydan sahibləri olublar.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq yerinə yetirən (5:3) “Şəfa” komandası adını növbəti mərhələyə yazdırıb. Aşağı dəstə təmsilçisi II raundda Premyer Liqanın iddialı klublarından “Səbail”lə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” komandaları II təsnifat mərhələsinə vəsiqə qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş