Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli Gimnastika Arenasında beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib



“Ocaq Sport” klubunun təşkilatçılığı ilə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II beynəlxalq “Ocaq kuboku” turnirinə start verilib.

BrendSport.az
xəbər verir ki, noyabrın 12-dək davam edəcək yarışda 44 klubdan 325 fərdi gimnast və 21 qrup komandası gücünü sınayacaq.

2008-2017-ci il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyət göstərən “Ocaq Sport” klubunun yaradılmasında məqsəd gimnastika növlərini inkişaf və təbliğ etdirmək, həmçinin yığmalar üçün yüksək səviyyəli idmançılar hazırlamaqdan ibarətdir.


Facebook-da paylaş

Xəbəri paylaş