Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: “Qarabağ” mövsümə məğlubiyyətlə başlayıb



Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ikinci görüşündə son çempion “Qarabağ” meydana çıxıb.

Ağdam təmsilçisi “Azersun Arena”da “Zirə”ni qəbul edib. Matçın taleyini 1 qol həll edib. Yunanıstanlı müdafiəçi Dmitrios Çantakias 48-ci dəqiqədə vurduğu topla “Zirə”yə 1:0 hesablı səfər qələbəsi qazandırıb. Çempion isə mövsümə məğlubiyyətlə başlayıb.

Qeyd edək ki, turun digər oyunlarında “Turan Tovuz” “Araz-Naxçıvan”a (3:0), “Sumqayıt” isə “Səbail”ə (4:1) səfərdə qalib gəlib. Tura avqustun 6-da keçiriləcək “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

“Qarabağ”: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov


Facebook-da paylaş

Xəbəri paylaş