Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçularının Olimpiya reytinq cədvəlindəki yeri açıqlanıb

Azərbaycan cüdoçularının Olimpiya reytinq cədvəlindəki yeri açıqlanıb

Beynəlxalq Cüdo Federasiyasının Olimpiya təsnifat dövrü üçün Olimpiya dünya reytinq siyahısı yenilənib.

BrendSport.az xəbər verir ki, Olimpiya reytinq cədvəlinə əsasən Zelim Kotsoyev (100 kq) ilk sırada yer alıb. Balabəy Ağayev (60 kq) və Səid Mollayi (81 kq) ikinci yerdə qərarlaşıb. Hidayət Heydərov (73 kq) dördüncü pillədədir.

Bu reytinq cədvəli 2023-cü il fevralın 23-nə olan vəziyyətdir.

Olimpiya Oyunlarında hər ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.

Xatırladaq ki, Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.


Facebook-da paylaş

Xəbəri paylaş