Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ermənistanın raket zərbələri nəticəsində Bərdə Olimpiya İdman Kompleksi yararsız vəziyyətə düşüb

Ermənistanın raket zərbələri nəticəsində Bərdə Olimpiya İdman Kompleksi yararsız vəziyyətə düşüb


Bərdənin təcavüzkar Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində bir çox mülki obyektlərlə yanaşı, Bərdə Olimpiya İdman Kompleksinə də ziyan dəyib. Nəticədə bu idman qurğusu tamamilə yararsız vəziyyətə düşüb.
Azərbaycan Milli Olimpiya Komitəsindən BrendSport.az saytına bildiriblər ki, 3,8 hektar ərazini əhatə edən Bərdə Olimpiya İdman Kompleksinin hər iki binasının infrastrukturu sıradan çıxıb.
Kompleksin direktoru Qabil Məmmədovun verdiyi məlumata görə, xoşbəxtlikdən işçilər arasında zərərçəkən yoxdur. Ancaq ilkin hesablamalara əsasən, kompleksə yüz minlərlə manat dəyərində ziyan dəyib.
Qeyd edək ki, yüksək səviyyəli müxtəlif yarışların keçirilməsi üçün nəzərdə tutulan və beynəlxalq standartlara cavab verən kompleks 2003-cü il oktyabrın 7-də istifadəyə verilib.
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.


Facebook-da paylaş

Xəbəri paylaş