Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli Paralimpiya Komitəsinin baş katibi beynəlxalq forumda çıxış edəcək



Azərbaycan Milli Paralimpiya Komitəsinin Baş Katibi Kamal Məmmədov Britaniya Şurasının (British Council) dəvəti ilə, Şuranın təşkil etdiyi beynəlxalq forumda çıxış edəcək. Tədbir 24-26 sentyabr tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində baş tutacaq.

BrendSport.az saytı xəbər verir ki, forumda Kamal Məmmədov Azərbaycanda Milli Paralimpiya Komitəsinin idman sahəsindəki fəaliyyəti, eyni zamanda paralimpiyaçılarının sosial rifahının yaxşılaşdırılması, Azərbaycan dövlətinin bu istiqamətində gördüyü işlər və həyata keçirilən layihələr barədə məruzə edəcəkdir.

Xatırladaq ki, bu forumun məqsədi inklüziv cəmiyyətin qurulması istiqamətində çalışan insanların təcrübəsini bölüşmək və daha geniş imkanlar açmaqdır.

Qeyd edək ki, tədbirdə, həmçinin Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili, Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş cəmiyyətinin inteqrasiyası komitəsinin sədri Rati İonatamişvili, Britaniyanın Gürcüstandakı səfiri Castin Makkenzi Smit, Ukraynanın Mədəniyyət Fondunun icraçı direktoru Yuliya Fediv, Britaniya Şurasının diversifikasiya üzrə direktoru Abid Hüseyn, Teatr, rəqs və incəsənət üzrə direktoru Neil Vebb və digər dövlət və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş