Ağırlıqqaldırma üzrə Avropa çempionatı təxirə salınıb
Moskvada bu il keçirilməsi nəzərdə tutulan ağırlıqqaldırma üzrə Avropa çempionatı 2021-ci ilə təxirə salınıb.
BrendSport.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnir 2021-ci il aprelin 3-dən 11-dək keçiriləcək.
Qeyd edək ki, qitə çempionatı bu ilin aprelində keçirilməli idi. Ancaq koronavirus pandemiyası səbəbindən oktyabrın sonu - noyabrın əvvəlinə təxirə salınmışdı.
Ağırlıqqaldırma üzrə Avropa çempionatı Tokio Olimpiadasına lisenziya xarakteri daşıyır. Tokio Olimpiadası da koronavirus pandemiyası səbəbindən təxirə salınıb və oyunların 2021-ci il iyulun 23-dən avqustun 8-dək təşkil edilməsi planlaşdırılır.
Facebook-da paylaş