Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Transfer “Neftçi”nin adına layiq olmalıdı”



Qış fasiləsində “Keşlə” ilə yoldaşlıq oyunu keçirən və 1:2 hesabı ilə məğlub olan “Neftçi”nin kapitanı Ruslan Abışov matçdan sonra bəzi məsələlərə adınlıq gətirib.


- Yoldaşlıq oyununda nəticə vacib olmur, amma “Neftçi” üçün bütün oyunların nəticəsi əhəmiyyətlidi. Nə deyə bilərsiniz?

- Hazırlıq dövrüdü, yükləmələr çoxdu. Burdakı hazırlıq müddətində fiziki məşqlərə üstünlük verildi. Antalyadakı toplanış zamanı taktiki planda çalışacağıq və yoxlama oyunları keçirəcəyik. Əsas odur ki, “Kəpəz”lə oyuna qədər tam formaya düşək, yaxşı hazırlaşaq. Kubokun yarımfial matçında isə “Qəbələ” ilə qarşılaşacağıq. Bizim üçün finala bərabər oyun olacaq. Vacib məqamlardan biri hazırlıq müddətini zədəsiz başa vurmaqdı. Yəqin ki, daha 1-2 futbolçu komandaya qoşulacaq. Onları gəlişindən sonra yaxşı komandamız olacaq.

- Transferlərə çox ehtiyac var?

- Baş məşqçi bununla bağlı istəyini rəhbrəliyə bildirib. Əlbəttə, güclü futbolçuların gəlməsini istəyirik. Ediləcək transfer “Neftçi”nin adına layiq olmalıdı.


- “Neftçi”dən qışdan sonra daha yüksək nəticə gözləməyə dəyərmi?

- Mükafatçılar sırasına düşmək istəyirik. Çətin olacaq. Ən vacibi avrokuboklara vəsiqə qazanmaqdı. Kubokun yarımfinalında güclü rəqiblə qarşılaşacağıq. Hər şey özümüzdən asılı olacaq. Yaxşı hazırlıq keçsək, ölkə kubokunu qazana bilərik.


- Millinin toplanışı olacaq yanvarın axırında. Yeni baş məşqçidən dəvət gözləyirsinizmi?

- Milli komandaya dəvət gözləyirəm. Yəqin ki, dəvət edəcək. Prosineçki haqda danışmaq istəmirəm. Ancaq Qurban müəllimin dövründə öz mövqeyimdə çıxış etməyi və millimizə xeyir verməyi istəyirəm. Hər şey özümdən asılıdı. Zədələnməsəm, yaxşı formada olsam, baş məşqçi də dəvət göndərəcək.


- Qurban Qurbanovun təyinatından sonra millidə nələr dəyişəcək?

- Qurban müəllim Azərbaycan futbolçularını yaxşı tanıyır, xarakterimizə bələddi, çempionatda hər birimizin oyununu izləyir. Nəticələrin yaxşı olacağına inanıram. Həm Millətlər Liqasında, həm də AVRO-2020-nin final mərhələsinə düşmək üçün iddialı olacağıq.


- Klubun düşərgəsindən ayrılıb milliyə qoşulmaq çətin olmayacaq?

- Problem yaradacaq, amma neçə illərdi bu cür qarşılıqlı keçidlər olur.


- Belə fikir yaranıb ki, “Neftçi” – “Qəbələ” cütünün qalibi kuboku başı üzərinə qaldıracaq...

- “Sumqayıt”ı da iddialı sayıram, “Keşlə”də yeni baş məşqçinin rəhbərliyi altında yeni komanda qurur. Məncə, finala adlasaq, daha rahat çıxış edəcəyik.

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş