Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan komandası Avropa Oyunlarının səkkizinci gününü dörd medalla başa vurub


İyunun 28-də - “Minsk 2019” ikinci Avropa Oyunlarının səkkizinci günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

BrendSport.az xəbər verir ki, qızıl medalı komandamızın aktivinə qadın güləşi üzrə Mariya Stadnik yazdırıb. “Minsk 2019”un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın pəhləvanı M.Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb. Olimpiya Oyunlarının üçqat mükafatçısı M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova (62 kq) ikinci Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. İdmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Qadın güləşində bürünc medalı isə komandamızın hesabına millimizin üzvü Alyona Kolesnik (57 kq) yazdırıb. İdmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik üçüncü yeri tutub.

Bu gün ikinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Boksçumuz Alfonso Dominqes (81 kq) “Uruçye Arena”da finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə qarşılaşıb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl dördüncü qələbəsini qazanıb. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.

Azərbaycan yığmasının daha bir boksçusu Lorenzo Sotomayor (69 kq) yarımfinalda Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb. Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.


Facebook-da paylaş

Xəbəri paylaş