Tbilisi Qran-Prisinin ikinci günündə üç cüdoçumuz gücünü sınayır
Tbilisidə keçirilən qadın və kişi cüdoçular arasında Qran-Pri turnirində Azərbaycan idmançıları da mübarizə aparırlar.
BrendSport.az xəbər verir ki, yarışların ikinci günündə - martın 30-da Azərbaycan komandasının üç üzvü tatami üzərinə çıxacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən Fəqan Quluzadə Xorvatiya təmsilçisi Dominik Druzeta, Afiq Səfərli isə Yunanıstan idmançısı Aleksios Ntanatsidis ilə qarşılaşacaqlar. Rikiyə Fatma Özerdem (70 kq) isə yunanıstanlı Elizavet Teltsidou ilə gücünü sınayacaq.
Facebook-da paylaş