Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar

Mayın 2-3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.
BrendSport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən idmançılar ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.
Ayan Əliyeva (27 kiloqram) qızıl, Yunis Həşimli (24 kiloqram), Əli Əliyev (27 kiloqram) və Zaur Rəsulzadə (45 kiloqram) bürünc medallara sahib çıxıblar.
Facebook-da paylaş





















