Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Avropa Ağırlıqqaldırma Federasiyasının konqresində təmsil olunur



Gürcüstanın Batumi şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) növbəti konqresi keçirilir.

BrendSport.az
xəbər verir ki, konqresdə ölkəmizi Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının “Məsləhət Qrupu”nun üzvü Firdovsi Umudov təmsil edir. Əvvəlcə EWF-nin prezidenti Astrit Hasani çıxış edərək konqresin proqramını diqqətə çatdırıb və illik hesabatı təqdim edib. Audit hesabatlarının təsdiqindən sonra 2026-2027-ci illərdə baş tutacaq yarışlarla bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Avropa Ağırlıqqaldırma Federasiyasında boş qalan vəzifə yerlərinə növbədənkənar seçkilər keçirilib.

Firdovsi Umudov konqresdə iştirakı çərçivəsində EWF-nin prezidenti Astrit Hasani, qurumun baş katibi Milan Mixayloviç, eləcə də Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti Laşa Talaxadze ilə görüşüb. Görüşlərdə yarışların təşkili, qaydalardakı yeniliklər və ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Xəbəri paylaş